Quality Assurance Testing dərsləri (Azərbaycan dilində) QA
About this course
Manual Quality Assurance Testing. Əlnən keyfiyyətin təminatının yoxlanması. Kurs sıfırdan Testing sahəsini mənimsəmək üçün və Manual Tester kimi işə başlamaq üçün lazım olan bütün mövzuları əhatə edib, sizi bu sahədə iş tapmağa daha da yaxın edəcək. Kursda biz proqram təminatını kod yazmadan yoxlamaq üçün lazım olacaq texnologiyaları, metodikaları və yanaşmaları müzakirə edəcəyik. Kurs məqsədyönlü şəkildə sizlər üçün hazırlanıb. Ona görə kursda mövzuların müddəti əbəs yerə uzanmır. Kursda İntervyuda düşə biləcək sualları da nəzərinizə çatdırırıq. Əlavə olaraq sizə daimi dəstək göstərərək kursu daha da keyfiyyətli edirik. Kursu bir neçə hissəyə bölərək aydın bir struktur formasına gətiririk. Kursda Ümumi Software (Proqram Təminatı) haqqında məlumat verildikdən sonra, İstifadə oluna biləcək metodologiyalardan danışırıq. Nəzərə alın seksiyalara videolar sonradan da əlavə edilə bilər. Öyrəndiklərinizi nə dərəcədə yaxşı mənimsədiyinizi yoxlamaq üçün test və sorğular keçirəciyik. Zəhmət olmasa əgər çətinliyiniz varsa, mütləq şəkildə bizə müraciət edin. Manual QA Haqqında:Hazırda Amerika və Avropada çox inkişaf etmiş Testing sahəsi demək olar bütün proqram təminatı hazırlayan və ya öz daxili proqramçıları olan şirkətlər Testing etmədən produktunu istifadəyə vermir. Çünki xətalar müxtəlif fəsadlar gətirə bilər. Paylaşdığımız dərslərdən biri Testingin nəyə lazım olduğundan danışır. Mütləq həmin dərsi izləyin.Deyirlər bəs Manual QA artıq lazım deyil...Automation Manual tərəfindən edilmiş təkrarlanan testləri kompyuter tərəfindən edilməsi üçün lazım olur. Qeyd edim ki, neçə illər işləyib reallıqda 3 Manual Tester olarkən 0 ya 1 Automation Tester olur. Yəni resurs olaraq insana həməşə ehtiyac var. Hətta bəzən şirkətlər bütün regressionları belə Manual qaydada edir. Dediklərim daha çox Amerika bazarına aiddir. Ona görə düşünürəm Manual Testing-i bilmək zərüridir. QEYD: Automation-a keçid etmək üçün də əvvəl Manual tərəfini bilməlisiniz.
Price shown by Udemy — confirm on their site.
Enroll on UdemyYou'll be redirected to Udemy to complete enrollment.
- Listed & compared by CourseAsk
- English · All Levels
More courses from Udemy
CCP Certified Cost Professional Exam Prep: Videos + Exams
Udemy · MOOC / Non-credit
CompTIA SecAI+ - 1500 MCQs
Udemy · Certificate
AI-103: Azure AI App & Agent Developer Associate EXAMS 2026
Udemy · Certificate
Google Cloud Generative AI Leader Practice Exams + Answers
Udemy · Certificate